Bakı kafesində amansız qətl – Döyülərək öldürüldü

Bakıda kafedə kişi döyülərək öldürülüb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Xətai rasyon Prokurorluğöunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb./Trend/

COP29