“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a bildirib ki, Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədov tutduğu vəzifədən azad edilərək qurumun Hərəkət Xidmətinin rəisi təyin olunub. Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi vəzifəsinə isə Ruslan Seyidov təyin olunub.
Xatırladaq ki, ötən ay “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin rəisi Etibar İsayev ürəktutmasından qəfil dünyasını dəyişib.
www.yenicag.az