Türkiyənin məşhur aktrisası 35 yaşında vəfat etdi

media-hightechnic-468x90

“Kızılcık şerbeti” serialında İşıl obrazını canlandıran məşhur aktrisa Ece İrtem vəfat edib.

media-banner_tkm

Yenicag.az  “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə aktrisanın vəkili Uğur Gökkoyun məlumat yayıb.

“Ece İrtem bu gün saat 12:00 radələrində dünyasını dəyişib. Hadisə o, öz evində, anası ilə birlikdə olarkən baş verib. İlkin ehtimallara görə, ölümə səbəb miokard infarkt göstərilir. İstintaq prosesi davam edir. Dəqiq səbəb məhkəmə-tibbi ekspertizasının rəyindən sonra bəlli olacaq. Ailəsinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı verirəm”, – deyə o bildirib.

Bildirilib ki, aktrisa ötən gün, iyunun 14-də 35 yaşını qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05