Daha bir ölkədə uşaqların sosial mediadan istifadəsi qadağan edilir

media-hightechnic-468x90

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik vətəndaşların sosial mediadan istifadəsini qadağan etməyi planlaşdırır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Böyük Britaniya Baş nazir Kir Starmer bildirib.

“Bu, mənim asanlıqla qəbul etdiyim bir qərar deyil və ödəməli olduğum heç bir bədəl olmadığını iddia etməyəcəyəm. Hökumət qərarlar qəbul etməlidir və mənə aydındır ki, tam qadağa düzgün seçimdir”, – baş nazir bildirib.

Starmer əlavə edib ki, valideynlərdən dəstək alacağına əmindir. O, həmçinin sosial medianın gənclərin inkişafına zərərli olduğunu iddia edib.

Baş nazir qeyd edib ki, qanun 2026-cı ilin sonuna qədər qəbul edilə bilər. Onun 2027-ci ilin yazına qədər qüvvəyə minməsi gözlənilir.

Yanvar ayında Böyük Britaniya hökuməti uşaqlar və yeniyetmələr tərəfindən sosial media istifadəsinin məhdudlaşdırılması, eləcə də məktəblərdə smartfon qadağalarının tətbiqinin gücləndirilməsi ilə bağlı məsləhətləşmələr keçirməyi planlaşdırırdı. Hakimiyyət orqanları sosial media istifadəsinin minimum yaş həddini müəyyən etmək və oxşar məhdudiyyətlər tətbiq edən ölkələrin təcrübəsini qiymətləndirmək istəyirdilər./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05