Ağdamda çoban bir nəfəri yaralayıb, özünü güllələdi
Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.
1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O aldığı yaradan ölüb.
R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.













