Bakı metrosunda aksiya həyəcanı…
Metro stansiyalarının giriş-çıxışında ticarətlə məşğul şəxslər bu gün yenidən aksiya keçirəcəklərini açıqlayıblar.
Metronun adıçəkilən bu iki stansiyalarının qarşısı bu dəqiqələrdə polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Saat 12:00-dan etibarən hər iki stansiyanın qarşısında çoxlu sayda polislər toplanıb. Mülki geyimdə olan polis əməkdaşları da stansiyanın giriş-çıxışına nəzarət edirlər.
Aksiyaçılar hansı stansiyanın qarşısına toplaşacaqlarını açıqlamayıblar. Buna görə də hər iki stansiyanın giriş-çıxışı nəzarətə götürülüb. Xatırladaq ki, etiraz edən ticarəçilərə martın 27-dək vaxt verilib.
musavat.com