Bakı metrosunda qatar yoluna düşən sərnişin öldü
Bakı metrosunda 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.
Bu barədə Yenicag.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.
“Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!”, – məlumatda vurğulanıb.












