Ağacları kəsən vəzifəli şəxs cəzalandırıldı

media-hightechnic-468x90

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib.

Faktla bağlı V.Fərzəliyev barəsində akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa