Türkiyənin cənub sahilləri üçün "QIRMIZI" HƏYACAN: 30 metrlik sunami xəritəni dəyişə bilər

media-hightechnic-468x90

Dünya elmi ictimaiyyəti həyəcan təbili çalır! İtaliyanın Napoli şəhəri yaxınlığındakı Campi Flegrei supervulkanında hərəkətlilik kritik həddə çatıb. Alimlərin son hesabatı qan dondurur: Böyük partlayış baş verərsə, yaranacaq nəhəng sunami dalğaları Türkiyə sahillərini də yerlə-yeksan edə bilər.

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_2

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən təhlükəli vulkanlarından biri hesab olunan Campi Flegrei-də qaya təbəqəsi zəifləyir, magma isə yer səthinə doğru sürətlə irəliləyir.

Geologiya mütəxəssislərinin hazırladığı dəhşətli ssenariyə görə, vulkanın partlaması və ya kalderanın çökməsi Aralıq dənizində 30 metrdən hündür nəhəng dalğalar yaradacaq. Bu enerji dalğasının yayılma arealına Türkiyənin Aralıq dənizi və Ege sahilləri də daxildir. Potensial sunami Türkiyənin cənub və qərb bölgələrində böyük fəsadlara yol aça bilər.

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_3

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatları vəziyyətin nə qədər ciddi olduğunu göstərir:

Vulkandan hər gün 4-5 min ton karbondioksid ayrılır. Ard-arda baş verən zəlzələlər magmanın yolunu açır. Napoli və ətrafındakı milyonlarla insan hər an təxliyə edilə bilər.

Alimlər xəbərdarlıq edir ki, bu, sadəcə lokal bir fəlakət olmayacaq. Supervulkanın püskürtdüyü kül buludları günəş şüalarının qarşısını kəsərək qlobal miqyasda “vulkanik qış” yarada bilər. Bu isə kənd təsərrüfatının məhvi, qlobal aclıq və hava nəqliyyatının illərlə dayanması deməkdir.

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_4

Alimlər, qlobal miqyasda böyük fəlakət potensialına malik bəzi vulkanik sistemləri yaxından izləyir. Potensial böyük partlamalar yalnız mövcud olduqları ölkələri deyil, minlərlə kilometr uzaqlıqda yerləşən bölgələri də təsir altına ala bilər.

1. YELLOWSTONE SÜPER VOLKANİ (ABŞ)

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_11

Dünyanın ən tanınmış supervulkanlarından biri olan Yellowstone, patladığı təqdirdə qlobal iqlimi dəyişdirə biləcək gücə sahibdir. Mütəxəssislərə görə, yaxın gələcəkdə patlama ehtimalı aşağı olsa da, təsirləri bütün dünyaya yayılacaq.

2. MERAPİ DAĞI (İNDONEZİYA)

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_12

Dünyanın ən aktiv və ən ölümcül vulkanlarından biridir. Tez-tez partlayan Merapi, ani piroklastik axınlar və palçıq selləri ilə ətrafındakı milyonlarla insan üçün davamlı təhlükə yaradır.

3. POPOCATÉPETL (MEXİKA)

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_13

Meksika şəhərinə çox yaxın bir mövqedə yerləşən vulkan, aktivliyi səbəbindən yaxından izlənir. Böyük bir patlamada milyonlarla insanı təsir edə biləcək kül buludları və isti axınlar meydana gələ bilər.

4. CUMBRE VİEJA (KANARYA ADALARI – İSPANİYA)

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_14

Elmi dünyada “mega sunami” müzakirələri ilə gündəmə gələn Cumbre Vieja, böyük bir yamac çöküşü ssenarisində Atlantik okeanında böyük dalğalar yarada biləcəyi iddiaları ilə tanınır. Risk az görülür, amma potensial təsiri çox böyükdür.

5. VEZÜV (İTALİYA)

media-turkiye-icin-korkutan-senaryo-volkan-patlarsa-30-kilometrelik-tsunami-gelebilir-italy-1760970_photogallery_20260105114545_15

Pompeyi məhv edən tarixi partlaması ilə tanınan Vezüv, bugün milyonlarla insanın yaşadığı Napoli metropol bölgəsinə çox yaxındır.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa