“Bakı metropolitenində mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək”.
Bu barədə Oxu.az-a “Bakı Metropoliteni”QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O onu da bildirib ki, ventilyasiya sistemi yay qrafikinə keçirilir:
“İyunun 1-dən Bakı metropoliteninin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir. Ventilyatorların yeni qrafikinə əsasən, stansiyaların gün ərzində havalandırılması yay fəslinin orta temperatur rejiminə uyğun olaraq tənzimlənəcək. Bununla yanaşı, gündəlik monitorinqlər və hava proqnozu ilə bağlı rəsmi məlumatlar diqqətdə saxlanılaraq, əlavə tədbirlərin görülməsi nəzərdə tutulacaq.
Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir”.
www.yenicag.az