!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunun ilk xanım maşinisti vəzifəsindən azad edildi

!Reklam – Yazi

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.

G.Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv