Bakı-Moskva marşrutu üzrə üç çarter reysi həyata keçiriləcək

media-hightechnic-468x90

“Ural Hava Yolları” Rusiya Federasiyası vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata əsasən, dekabr ayında aviaşirkət Rusiya vətəndaşlarını ölkələrinə çatdırmaq məqsədilə Bakı-Moskva (“Jukovski” hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcək.

Reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600