Bakı-Quba yolunun buzlu olması bir neçə avtomobilin yoldan çıxmasına səbəb olub

media-hightechnic-468x90

Bakı-Quba yoluna yağan qar səbəbindən yolun Siyəzən rayonu Yenikənd kəndi ərazisinin həddən artıq sürüşkən olması gecə saatlarında bir neçə avtomobilin yoldan çıxmasına səbəb olub.

media-banner_tkm

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, salonunda Şabran rayonunun 5 sakininin olduğu, Məcidov Elçin Vasif oğluna məxsus “Mercedes” markalı, “90-CV-156” dövlət seriyalı avtomobil yoldan çıxaraq əzilib.

Hadisə zamanı Şabran rayon sakini, 1953-cü il təvəllüdlü, Dəmirova Xalidə Mustafa qızı ağır xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanaına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə xəstəyə döş qəfəsinin küt travması, 7, 8-ci qabırğanın sınığı, onurğanın 11, 12-ci döş qəfəsinin sınığı diaqnozu qoyulub. Yaralı cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisə şahidlərinin dediyinə görə, onlar həmçinin daha 3 avtomobilin yoldan çıxmasının şahidi olublar. Qeyd etdiyimiz kimi, buna səbəb yolun həddən artıq sürüşkən olmasıdır.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05