“Bakı Sığorta”nın lisenziyası məhdudlaşdırıldı

media-hightechnic-468x90

Azərbaycan Mərkəzi Bankı “Bakı Sığorta” ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Yenicag.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa