Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşdu – Biri yanaraq yararsız hala DÜŞDÜ

media-hightechnic-468x90

Bakı-Sumqayıt yolunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov məlumat verib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

“Bu gün səhər saat 07:15-də Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində 77-NY-710 dövlət nömrə nişanlı “Mercedes E-Class” markalı avtomobilin sürücüsü Xeyrulla Elxan oğlu Axundov sağdan ötmə manevri etmək istəyərkən Ruslan Azadxan oğlu Mirzəyevin idarə etdiyi 77- SZ-645 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı xəsarət olan olmayıb. Qəza nəticəsində “Mercedes E-Class” markalı nəqliyyat vasitəsinin ön hissəsi yanıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa