Bakıda azyaşlı qız itkin düşüb.
Yenciag.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən “Anar” kafesinə – anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.
15 yaşlı qız həmin gün günorta saatlarında kafedən çıxaraq itkin düşüb.
Faktla bağlı araşdırma aparılır.