Payxatda 34 yaşlı kişini “yumşaq yerindən” bıçaqladılar.
Yeniçağ.Az xəbər verir ki, hadisə Suraxanı rayonun Hövsan qəsəbəsində yerləşən parkda qeydə alınıb. Parkda 34 yaşlı Quliyev Rövşən Seymur oğlunun naməlum şəxslə mübahisəsi düşüb. Mübahisə zamanıda naməlum şəxs Rövşən Quliyevin sağrı, üz və boyun nahiyyələrindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Əməliyyat olunan Rövşən Quliyev polisə ifadəsində onu bıçaqlayan şəxsi tanımadığını deyib.
Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində Cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Yeniçağ.Az
www.yenicag.az