!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 5 milyona təmirsiz ev satışa çıxarıldı – FOTOLAR

!Reklam – Yazi

Bakı şəhərində mənzil fantastik qiymətə – 5 milyon 100 min  manata satışa çıxarılıb. 

Yenicag.az xəbər verir ki, mülk paytaxtın Səbail rayonu, Neftçilər prospektində – “Port Baku Residence”da  yerləşir.

Dəbdəbəli binadakı mənzilin sahəsi nə az, nə çox, 1050 kvadrat metrdir və 8 otaqdan ibarətdir. Mənzil tam təmirsiz (“podmayak”) olaraq  satışa çıxarılıb.

Mənzil 28 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir.

Satıcı mənzilin geniş terasından şəhərə və dənizə panoramın açıldığını qeyd edib.

Bundan əlavə, lüks mənzilin alıcısına binanın geniş həyəti, uşaq əyləncə parkı, 24 saat mühafizə, blokda kodlu seyf qapıları vəd edilir. /Yenisabah.az

COP29

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv