Bu gün gecə saatlarında “Bibiheybət” yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Report-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
“Hadisə barədə məlumat “təcili yardım”a saat 3:37-də daxil olub.
Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”, – deyə o bildirib.
P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.
www.yenicag.az