Bakıda ağır yol qəzası:1 ölü, 1 yaralı

media-hightechnic-468x90

ytrytrÖtən gecə Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, paytaxtın Səbail rayonu ərazisində, Azadlıq prospektinin Xaqani küçəsi ilə kəsişməsində yol-patrul xidməti avtomobili və “VAZ-2107” markalı maşın toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü, 25 yaşlı Otorod Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin isə dünyasını dəyişib. Qəza nəticəsində həlak olanın şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. Onun 24-25 yaşlı kişi olduğu bildirilir.

İlkin məlumata görə, yol-patrul xidmətinin avtomobili Xaqani küçəsi ilə, taksi fəaliyyəti göstərən “VAZ-2107” isə Azadlıq prospekti ilə hərəkət edirmiş. Maşınlardan biri işıqforun qadağanedici işığında hərəkətini davam etdirib və küçələrin kəsişməsində toqquşma olub. Yol-patrul xidmətinin əməkdaşı idarəetməni itirib və onun idarə etdiyi avtomobil səkiyə dırmaşıb. Yol polisi əməkdaşları arasında xəsarət alan yoxdur. APA TV-yə təqdim edilən həvəskar kadrlardan da görünür ki, polis əməkdaşları VAZ-2107-dəki şəxslərə yardım etməyə çalışırlar. Həmin vaxt yaralı olan sərnişin sonradan düyasını dəyişib. Yaralı sürücü isə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600