Bakıda qətl törədilib.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
***
Xətai rayonunda mənzildən meyit tapılıb.
O, Xətai rayonu, Sarayevo küçəsi, ev 18 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Əliyev Baleslav Gennadoviç olub.
Ölümün səbəblərinin araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
www.yenicag.az