Bakıda Amerika Təhsil Sərgisi keçiriləcək

media-hightechnic-468x90

download (38)Oktyabrın 1-də ABŞ Dövlət Departamenti və ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda Amerika Təhsil Sərgisi keçirəcək.

Səfirlikdən  verilən məlumata görə, sərginin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən ABŞ universitetlərinin nümayəndələri ilə görüşə, qonaqlara onları maraqlandıran suallarla müraciət edə biləcəklər. Yarmarkada 10 Amerika universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.

Bu müəssisələrin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcək, həmçinin yarmarka iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər. Sərgidə ABŞ səfirliyinin nümayəndələri də iştirak edəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa