Bakıda ana və uşağı piyada keçidində maşın vurdu… – ANBAAN VİDEO

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.

Yenicag.az Avtosfer.az-a istinadən xəbər verir ki, gənc qadın məktəbli uşağın əlindən tutaraq piyada keçidindən yolu keçməyə çalışıb.

Yolun bir hissəsini keçdikdən sonra dayanıb və avtomobillərin gözləməsinə baxıb. Daha sonra isə yolu keçmək istəyib. Bu zaman sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobilin sürücüsü piyadaları vurub. Hadisə nəticəsində ölən olmasa da, hər iki piyada xəsarət alıb.