Bakıda avtobus yük avtomobili ilə toqquşdu

media-hightechnic-468x90

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, E.Bəkirov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Müəyyən olunub ki, “Isuzu” markalı avtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və avtobusun sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1967-ci il təvəllüdlü Fariz İbad oğlu Bayramovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Həmin görüntüləri təqdim edirik:

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05