Bakıda axşam saatlarında gözlənilən hava - Proqnoz 

media-hightechnic-468x90

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşam saatlarında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-sı axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 18-23, dağlarda 6-9 dərəcə isti təşkil edəcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600