Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib

media-hightechnic-468x90

683ef6fc766af63571ce688e34d4ed44Azərbaycan prezidenti İlham Əliyev və Çexiya prezidenti Miloş Zeman forumda iştirak ediblər

Bu gün Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və Çexiya prezidenti Miloş Zeman forumda iştirak ediblər.

Forumda çıxış edən prezident İlham Əliyev indiyə qədər iş adamları arasında keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. İkitərəfli münasibətlərin strateji xarakter daşıdığını deyən dövlət başçısı prezident M. Zemanın səfəri çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacib olduğunu deyən prezident İlham Əliyev biznes dairələri arasında əlaqələrin yaxşı koordinasiya olunmasının vacibliyinə toxunub. Dövlət başçısı səfər çərçivəsində Çexiya banklarının ölkəmizdəki layihələrdə iştirakının müzakirə olunduğunu, Azərbaycanın maliyyə tərəfdaşı kimi öhdəliklərini uğurla yerinə yetirdiyini, gələcək illərdə əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev əməkdaşlıq baxımından nəqliyyat sektorunun verdiyi imkanlardan da danışıb. Bu baxımdan Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini vurğulayıb. Azərbaycan neftin Çexiyaya etibarlı ixracatçısı olduğunu deyən prezident İlham Əliyev Avropanın qaz bazarında ciddi iştirakçıya çevrilən ölkəmizin “Cənub qaz dəhliz”i layihəsinin reallaşmasındakı rolundan danışıb. Dövlət başçısı bu layihənin ölkəmizə təchizat marşrutlarının şaxələndirilməsinə imkan yaradacağını deyib.

Ölkəmizdəki sərmayə mühitindən danışarkən prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycana 27 milyard dollar sərmayə yatırılıb və bu sırada xarici investisiyalar xüsusi çəkiyə malikdir. Bu da onu göstərir ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda müsbət sərmayə mühiti hökm sürür. Bunu təsdiqləyən əsas amillərdən biri də bu ilin 8 ayında Azərbaycan iqtisadiyyatının 4 faizdən çox artması, qeyri-neft sektorunun inkişaf etməsi, xarici borcumuzun 10 faizdən aşağı olmasıdır. Azərbaycan iqtisadiyyatının dünyada 40 ən qabaqcıl iqtisadiyyatlardan biri olduğunu deyən dövlət başçısı kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş şəraitin olduğunu deyib və birgə müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsinin mümkünlüyündən danışıb.

Prezident İlham Əliyev çıxışının sonunda əmin olduğunu bildirib ki, bu forum əməkdaşlığını yeni sahələrinin müəyyən edilməsinə geniş şərait yaradacaq.

M. Zeman isə ölkələrimiz arasında müəyyən oxşarlıqların olduğunu və bu bənzərliyin iqtisadi sahədə də özünü göstərdiyini deyib. Belə ki, Azərbaycan kimi Çexiya da Avropa məkanında işsizliyin və xarici borcun aşağı həddə olması ilə fərqlənir. Ölkəsinin idxal etdiyi neftin 30 faizdən çoxunun Azərbaycandan gəldiyini deyən M. Zeman Çexiyada 200-dən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirib, bu sahədə əlaqələrin genişləndirilməsinin mümkünlüyünə toxunub. M. Zeman ölkələrimiz arasında sıx əməkdaşlığın qurulduğunu deyərək bu naliyyətin biznes dairələrini də əhatə etməsinin vacibliyinə diqqət çəkib və əmin olduğunu bildirib ki, yaradılan imkanlardan hər iki tərəf faydalanacaq(APA).

media-ziraat-728x90

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib

media-hightechnic-468x90

скачанные файлы (7)Bu gün Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər çərçivəsində Azərbaycan-Çexiya biznes forumu keçirilib.

Biznes forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilib. Biznes forumda hər iki tərəfdən sənaye, bankçılıq, İKT, turizm, kənd təsərrüfatı, logistika, konsaltinq, tikinti, mühəndislik, maşınqayırma sahələrində fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın inkişafında dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya fəaliyyət göstərir: “Ölkələr arasındakı ticarət dövriyyəsində dinamik artım müşahidə edilir və 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Azərbaycanda 16 Çexiya kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın inkişafı üçün geniş imkanlar var”.

Nazir deyib ki, hər iki ölkə sənaye, kənd təsərrüfatı, İKT, turizm sahələrində, o cümlədən Çexiya şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında iştirak edə, investisiya qoyuluşu sahəsində məlumat mübadiləsi həyata keçirilə bilər. Azərbaycan şirkətlərinin xarici ölkələrdə uğurla fəaliyyət göstərdiyini və investisiya qoyuluşu həyata keçirdiyini qeyd edən nazir biznes forum və işgüzar görüşlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Ş. Mustafayev bildirib ki, bu gün Çexiya ümumilikdə Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollardan çox investisiya yatırıb: “Çexiya şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən 6 layihənin ümumi dəyəri 2 milyard dollar təşkil edəcək. O, Azərbaycanla Çexiya arasında müştərək şirkətin yaradılmasını və Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixrac edilməsini təklif edib. Onun sözlərinə görə, belə bir müştərək şirkətin yaradılması iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq”.

Nazir Azərbaycan iqtisadiyyatı, Trans-Anadolu (TANAP) , Trans-Adriatik (TAP) qaz boru kəmərləri, hazırda tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə çexiyalı həmkarına ətraflı məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunu, ölkəmizin bir sıra iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. O qeyd edib ki, bütün bunlar göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir.

Y. Mladek isə ölkələr arasında əlaqələrin inkişaf etdiyini, Azərbaycan iqtisadiyyatının inkişafından məmnunluğunu ifadə edib. Çexiya iqtisadiyyatı, Azərbaycan – Çexiya iqtisadi əlaqələri barədə məlumat verən Y. Mladek çex şirkətlərinin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini bildirib.

O qeyd edib ki, iş adamları arasında keçirilən görüşlər və biznes forumlar ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verir: “Çexiya Azərbaycan kənd təsərrüfatı məhsulların ölkəsinə ixracında, Çexiya isə özünün istehsalı olan yüksək keyfiyyətli kənd təsərrüfatı texnikasını məhsullarını təklif edə bilər”.

Nazir qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təminatında olduqca mühüm tədarükçü rolu oynayır: “Ötən il Çexiyanın idxal etdiyi neft və neft məhsullarının 31,5%-i Azərbaycanın payına düşür. TANAP və TAP Çexiya üçün də olduqca dəyərli layihələrdir. Azərbaycan Çexiya üçün Asiyaya açılan pəncərə və Asiya bazarına çıxış rolu oynaya bilər. Həmçinin Çexiya Azərbaycan üçün Avropa Birliyi üçün açılan mühüm imkanlar deməkdir”.

Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycanın iqtisadiyyatına, eləcə də Çexiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib.

Çexiyanın Ticarət və Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopustas Çexiyanın investisiya mühiti və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600