Bakıda bəzi avtomobil yolları daralacaq - SƏBƏB

media-hightechnic-468x90
Gələn ay Bakıda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Yenicag.az-a verilən məlumata görə, quraşdırma işləri ilə əlaqədar bu gecədən etibarən Üzeyir Hacıbəyov prospekti – Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov – Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.

Həmçinin, qeyd olunan Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. İşlər 10 gün davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600