"Azəriqaz"ın "gücləndirilmiş iş rejimi"ndən ŞİKAYƏT: Qobu qəsəbəsi 16 saatdır qazsız qalıb

media-hightechnic-468x90

Abşeron rayonunun Qobu qəsəbəsində sakinlər ağır vəziyyətlə üz-üzə qalıb. Dünəndən kəsilən qaz hələ də bərpa olunmayıb.

Yenicag.az xəbər verir ki, qəsəbənin bir hissəsində qaz təchizatı yanvarın 31-i, saat 17:00 radələrindən etibarən tamamilə dayandırılıb. Sakinlərin sözlərinə görə, fevralın 1-i, səhər saat 09:00 olmasına baxmayaraq, “mavi yanacaq”dan hələ də xəbər yoxdur.

Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, istilik sistemlərinin sönməsi nəticəsində mənzillərdə temperatur kəskin aşağı düşüb:

“Dünən axşamdan bəri evdə palto ilə otururuq. Kombilər işləmir, yemək bişirməyə imkan yoxdur. Qışın ortasında insanları bu qədər saat qazsız qoymaq nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı sakinlər dəfələrlə qaynar xəttə müraciət etsələr də, problemin nə vaxt həll olunacağı ilə bağlı dəqiq məlumat ala bilmədiklərini iddia edirlər. Qəsəbədəki qaz kəsintisinin hansısa qəza, yoxsa planlı təmir işləri ilə bağlı olduğu hələlik qaranlıq qalır.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa