İyulun 18-i Çin Xalq Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liangın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə Bakının Nizami rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Yenicag.az-a verilən xəbərə görə, araşdırma zamanı Çin Xalq Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın iyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirməsi və zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir. Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
www.yenicag.az