Bu ilin oktyabrında Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 6-da Bakıda keçirilən “Hüquq və iqlim” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Onun sözlərinə görə, COP29-a həsr olunmuş tədbirə dünya dövlətləri və beynəlxalq təşkilatların rəhbər şəxsləri qatılacaq, iqlim dəyişikliyi də müzakirə ediləcək.
S.Əliyeva bildirib ki, Azərbaycan Konstitusiyası sağlam ətraf mühitin təmin olunmasını təmin edir:
“Sağlam ətraf mühitdə yaşamaq hüququ eyni zamanda vətəndaşların sosial durumu baxımdan əhəmiyyətlidir. Son dövrlər dünyada gedən proseslər təbiətlə cəmiyyət arasında ciddi problemlərə səbəb olub. Ekologiyanın qorunub saxlanılması və ekoloji problemlərinin yaranma səbəblərinin onların həll yollarının tapılması vacib şərtlərdəndir. İqlim dəyişikliyi ilə mübarizədə COP xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibədir. Müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi, təbii ehtiyatların talanması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb”.
www.yenicag.az