!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda dəhşətli cinayət: Ov tüfəngi ilə adam öldürdü

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə proses davam edib.

Yenicag.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş verib.

Rayonun Mərdanov qardaşları küçəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb. Ağır yaralanan N.Nəcəfov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

E.Əliyev cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşları onu saxlayıblar.

İttihama görə, E.Əliyev N.Nəcəfovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədilə öldürmək istəyib. O Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırla) maddələri ilə ittiham edilib.

COP29

www.yenicag.az

2346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv