Bakıda dəhşətli qəza – Sürücü ağır yaralandı

Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, paytaxtın Ziya Bünyadov prospekti ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü ağır yaralanaraq “təcili yardım” vasitəsi ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb.

Report