Bakıda dəniz taksiləri olacaq

media-hightechnic-468x90

P9İPOİYaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək. Bunu çərşənbə axşamı Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Milli Məclisin deputatları ilə görüşdə deyib.

media-banner_tuq

Onun sözlərinə görə, dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsindək və əks istiqamətdə xidmət göstərəcəklər. Bundan başqa, o qeyd edib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılanı Nargin adası ilə birləşdirəcək. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir.

Q.Qurbanov bildirib ki, dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək: “Daha əvvəl buxtaya 3 gəzinti kateri, sonra isə 1 kater gətirilmişdi. Katerlər sifarişimiz əsasında Türkiyədə istehsal olunur”.
O vurğulayıb ki, Bakı-Lənkəran marşrutu üzrə dəniz taksilərinin fəaliyyəti sərfəli deyil: “Dəniz yolu ilə Lənkərana 6,5 saata çatmaq olar. Bu da həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil”.
Q.Qurbanovun sözlərinə görə, dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək.

trend

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05