Bakıda “Dinozavr şou”-Video

media-hightechnic-468x90

50579Paytaxtın ən böyük sərgi salonu olan “Baku Ekspo Mərkəzində” dinozavrlardan ibarət şou start götürüb.

Şouda müxtəlif ölçülü və müxtəlif dövrlərə məxsus eksponatlar gələnləri heyrətləndirir. Dinozavrlar Argentinadan gətirilib və sayı 30 qədərdir. Sərgi təşkilatçıları şouya baxmağa gələnlərin rahatlığını təşkil etmək üçün “Koroğlu” metrostansiyasının qarşısından pulsuz avtobuslar reysə buraxıblar. Biletlərin qiymətləri 5-10 manat arasında dəyişir. Belə ki, qrup şəklində gələnlər üçün 5 manat tək halda 10 manat ödəməlisiniz.

Şouda dinozavrların nümayişindən əlavə, həmin dövrün varlıqlarından bəhs edən tamaşalar da nümayiş olunacaq. Bu isə sərgiyə gələnlərin dinozavrlar haqqında biliklərə yiyalənməsi üçündür.

Şou Sentyabrın 18- dən oktyabrın 15- nə qədər davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600