Bakıda dönərxanada güclü partlayış: yaralananlar var (Yenilənib)

media-hightechnic-468x90

Bakıda dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü qadın, ikisi kişidir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

***
Bakıda dönərxanada partlayış olub.

Hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600