Bakıda gənc müəllim intihar etdi - FOTO

media-hightechnic-468x90

Bakıda intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə sentyabrın 16-da paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Naidə İsayeva çoxmərtəbəli binadan özünü ataraq ihtihar edib.

Məlumata görə, N.İsayeva 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olub.

121 nömrəli tam orta məktəbdən “Report”a bildirilib ki, N.İsayeva sentyabrın 16-da özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb:

“Həmin gün zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. O, məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600