Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda havaya kəskin qoxu yayılmasının səbəbi - Nazirlik açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bakının Xətai və Nərimanov rayonları ərazisində havaya kəskin qoxunun yayılması barədə vətəndaşlardan şikayət daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin mütəxəssisləri yerində araşdırma və monitorinq aparıblar.

Aparılan təhlillər zamanı havadakı qoxunun Bakı Neft Emalı Zavodunun (NEZ) Böyük Şor sahəsindəki qurğuların ətrafında daha çox yayıldığı müşahidə edilib. Nazirliyin mütəxəssisləri tərəfindən 31 avqust və 1 sentyabr 2018-ci il tarixlərində Bakı Neft Emalı Zavodunun ətraf ərazilərində monitorinq keçirilib, atmosfer havasından ayrı-ayrı saatlarda 3 dəfə nümunələr götürülüb. Analizlərin nəticələrinə görə, havada etil-benzol, meta-ksilol, orto-ksilol, hidrogen sulfid kimi kimyəvi tərkibli maddələrin yol verilən qatılığın həddindən çox olduğu müəyyən edilib.

Ərazidə sonuncu monitorinq bu gün saat 15 radələrində keçirilib və qoxunun azaldığı müşahidə olunub.

Araşdırma zamanı məlum olub ki, qoxu Bakı Neft Emalı Zavodunun Böyük Şor 1 saylı xam neftin qəbulu sahəsində 202-305 saylı qurğulardan gələn 500 mm-lik boru xətti müəssisədə aparılan ümumi yenidənqurma işləri çərçivəsində dəyişdirilərkən havaya yayılıb.

Bu cür halların təkrar olunmaması və yenidənqurma işləri zamanı çirklənmənin qarşısının alınması məqsədilə əvvəlcədən ETSN ilə razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin zəruriliyi barədə zavod rəhbərliyinə xəbərdarlıq olunub və icrası məcburi göstəriş verilib.

www.yenicag.az

296
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS