Bakıda iki yerdə yol çökdü - FOTO

media-hightechnic-468x90

Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, dərhal sözügedən ərazilərə Agentliyin əməkdaşları cəlb edilib.

Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600