Bakıda iki yolda sürət həddinin endirilməsi ilə bağlı yol nişanları quraşdırıldı

media-hightechnic-468x90

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

“Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik”,- deyə məlumatda qeyd edilib.

Bizim Telegram kanalımıza abunə olun

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600