Reklam: High Technic
hightechnic

Bakıda intihar - Özünü tut ağacından asdı

Bakıda 44 yaşlı kişi özünü asaraq intihar edib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Belə ki, Yavər Həsənov küçəsindəki evlərdən birində yaşayan 1973-cü il təvəllüdlü Nəbiyev Allahverdi Qədir oğlu özünü həyətdəki tut ağacından asaraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

3390