Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda kafe işlədən xanım kişi müştərisini döyüb

Bakıda kafe işlədən xanım əvvəllər məhkumluq həyatı yaşayan kişi müştərisini döyüb.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında yerləşən kafelərdən birində qeydə alınıb. Əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayan Ağdam rayon sakini 24 yaşlı Quliyev Taleh Elşad oğlu kafedə iki dostu ilə yeyib içib. Sərxoş vəziyyətdə olan Taleh Quliyev özünə yenə pivə sifariş verib. Kafeni işlədən xanım pivələrinin qurtardığını bildirib. Bundan sonra kafe sahibi ilə müştəri arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib.

Dava zamanıda Taleh Quliyev ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Həkimlər onun başında yaralar olduğunu bildiriblər.

Taleh Quliyev onu döyən şəxsin adının Müşviq olduğunu bildirib. Hadisıə yerinə 12-ci polis bölməsinin əməkdaşları yollanıblar. Taleh Quliyevin dostları və kafeni işləıdən xanım bölməyə gətirilib. Xanım bölmədə bildirib ki, müştərisini onunla pivə davası edən də taxta parçası ilə onun başına vurub.

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Yenicag.az

www.yenicag.az

605
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100