Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Əlahiddə Çevik Alayı və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri 5-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 3 000 manat, digərləri 200 manat cərimə olunublar.
www.yenicag.az