Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

media-hightechnic-468x90

Paytaxtda baş verən kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

media-banner_tkm

Hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 28 yaşlı Elnur Yusif oğlu Hüseynov və dostu Röyal adlı şəxsin tanımadığı şəxslərlə mübahisəsi düşüb.

Mübahisə zamanı naməlum şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elnur Hüseynovu döş qəfəsindən, Röyalı isə ayağından bıçaqlayıb. Daha sonra həmin şəxslər hadisə yerini tərk ediblər. Yaralılar ətrafdakı insanların çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Hər iki yaralı dərhal əməliyyat olunub.

Faktla əlaqədar Cinayət işi başlanıb.

https://www.facebook.com/yenicagaztv/videos/387923314903707/

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05