Bakıda məktəbli qız vəhşicəsinə döyüldü-Fotolar

media-hightechnic-468x90

87473Bakıda məktəbli qıza hücum edilib. Naməlum şəxs bir neçə dəqiqə əvvəl orta məktəbin 10-cu sinif şagirdi L.B.-ni döyərək tanınmaz hala salıb.

Zərərçəkmişin yaxınları milli.az-a bildiriblər ki, məktəbli dərsdən evə qayıdarkən arxasınca bir nəfər kişi düşüb. Təxminən 30-35 yaşlarında olan, qara gödəkçə geyinmiş şəxs qızı izləyərək yaşadığı Xətai rayonu, Zığ yolu, ev 36-ya gəlib. Qızın arxasınca liftə girən şəxs onun evin qapısını açmasını gözləyib. Qapını açan kimi içəri soxulan şəxs L.B.-ni döyməyə başlayıb. Yumruq-təpik zərbələri ilə ona xəsarət yetirən məktəbli qan içərisində işdə olan anasına məlumat verib.

Hazırda zərərçəkmişə tibbi yardım edilməsi üçün təcili yardım çağırılıb, cinayətkarın tapılması üçün polisə məlumat verilib.

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsindən bildirilib ki, hadisə baş verən ünvana əməliyyat qrupugöndərilib. Məsələni diqqətdə saxlayacağıq…(qafqazinfo)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600