Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapılıb.

Bu haqda Yenciag.az-a Fövqəladə Hallar Nazirliyindən bildiirlib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Nəsirova Gül Qara qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.