"Arzum"un məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR: Müstəntiq prosesə çağırılır

media-hightechnic-468x90

“Arzum 9999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın məhkəmə prosesində maraqlı anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, Unikalın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Fərid Həsənov bir sıra vəsatətlərlə çıxış edib. Vəkil hadisə yerinin sxeminin sübutlar siyahısından çıxarılmasını, habelə avtotexniki və trasaloji ekspertiza rəylərini verən ekspertlərin, eləcə də istintaqı aparan müstəntiqin məhkəməyə çağırılmasını tələb edib.

Dövlət ittihamçısı Nərmin Tahirzadə vəsatətlərə münasibət bildirərək, ekspertlərin çağırılmasına etiraz edib, lakin ibtidai istintaqı aparan müstəntiqin ifadə verməsinin zəruri olduğunu bildirib. Məhkəmə müstəntiqin növbəti iclasa çağırılması barədə vəsatəti təmin edib.

Prosesdə, həmçinin zərərçəkmiş tərəfin – mərhumun anasının səhhətindəki problemlərlə əlaqədar hüquqi varisliyin qızına keçirilməsi məsələsinə də toxunulub. Növbəti məhkəmə iclası iyunun 11-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. Bloger İlduzə Hacıyeva barəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05