Bakıda mənzildən meyit tapılıb

media-hightechnic-468x90

3f7524f2a2b6844ae0d8969f0392d0acFövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Qasımova Firəngiz Hənifə qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

media-ziraat-728x90

Bakıda mənzildən meyit tapılıb

media-hightechnic-468x90

ııııı“112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1932-ci il təvəllüdlü Həkinskaya Sürəyya mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından keçərək içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən S.Həkinskaya huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Həkinskayanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600