Ədliyyə Nazirliyinin binasında baş verən yanğın artıq söndürülüb.
Yenicag.az-ın xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlıumata görə, yanğın binanın 5-ci mərtəbəsində qeydə alınıb.
İlkin ehtimala görə, yanğına səbəb qısaqapanma olub.
Binadakı şəxslər təxliyə edilib. Xəsarət alan yoxdur.
11:37
Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.
Yenicag.az-ın xəbərinə görə, hazırda binanın 5-ci mətəbəsi yanır.
Nazirliyin əməkdaşları binadan təxliyə olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib, yanğın söndürülməyə başlanılıb.
Xatırladaq ki, hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın baş verən zaman canlı yayım dayandırılıb.
www.yenicag.az