Bakıda növbəti mühazirə-seminar keçirilib

media-hightechnic-468x90

jjBeynəlxalq Mətbuat Mərkəzində “Müasir Azərbaycan tarixinə bir baxış” adlı növbəti mühazirə-seminar keçirilib.

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Humanitar Araşdırmalar İctimai Birliyinin “Azərbaycan tarixi-Azərbaycan gəncliyi: tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində ali məktəb tələbələri üçün “Müasir Azərbaycan tarixinə bir baxış” adlı növbəti mühazirə-seminar keçirilib. Mühazirə-seminarı giriş sözü ilə Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı açıb.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu və ulu öndər Heydər Əliyevin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdövsiyə Əhmədova məruzə edib.

Mühazirə-seminarda millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa və digərləri çıxış edərək öz fikilərini bildiriblər. Sonra iştirakçıların sualları cavablandırılıb(modern.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600