Bakıda partlayışa görə iki marşrut xəttində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi

media-hightechnic-468x90

Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.
Xatırladaq ki, bu gün A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış və ardınca yanğın nəticəsində üç nəfər həlak olub, 24 nəfər xəsarət alıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600